Azərbaycanın özəl nəşriyyatı səhmdarlarına dividend ödəyəcək

Biznes
  • 16 aprel, 2026
  • 09:30
Azərbaycanın özəl nəşriyyatı səhmdarlarına dividend ödəyəcək

İyunun 20-də, saat 11:00-da Azərbaycanın özəl nəşriyyatı - "Şərq-Qərb" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

"Report" xəbər verir ki, yığıncaq nəşriyyatın yerləşdiyi Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər küçəsi, 17 ünvanında olacaq.

Yığıncağın gündəliyinə Cəmiyyətin 2025-ci il üzrə illik və maliyyə hesabatlarının təsdiq edilməsi, növbəti müddətə müfəttiş təyin edilməsi, ötən il üzrə mənfəət və zərərinin bölüşdürülməsi, divident və digər cari məsələrin müzakirə edilməsi daxildir.

Xatırladaq ki, "Şərq-Qərb" 2001-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 589 880 manatdır. Şirkətin əsas səhmdarı Prezident Administrasiyasının və Azərbaycan Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin oğlu, fövqəladə hallar nazirinin keçmiş müavini Teymur Mehdiyevdir.

44 - Tezliklə