Azərbaycanın özəl müəssisələrinin qeyri-neft-qaz ixracı üzrə reytinqi açıqlanıb

Biznes
  • 04 fevral, 2025
  • 11:31
Azərbaycanın özəl müəssisələrinin qeyri-neft-qaz ixracı üzrə reytinqi açıqlanıb

2024-cü ildə Azərbaycanın özəl müəssisələri arasında qeyri-neft-qaz ixracı üzrə liderlik həmişəki kimi "MKT İstehsalat Kommersiya" MMC-yə (93,8 milyon ABŞ dolları) məxsus olub.

“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın dekabr buraxılışında bildirilir.

Reytinq cədvəlində növbəti yerlərdə "Silk Vey Holdinq" MMC-yə məxsus "Silk Vey Vest Aviaşirkəti" MMC (75,7 milyon ABŞ dolları), "ASG Business Aviation" MMC (70 milyon ABŞ dolları), "Baku Steel Company" QSC (65 milyon ABŞ dolları), fiziki şəxs Gövhər Süleymanova (51,8 milyon ABŞ dolları), “Azerbaijan International Mining Company Limited” (39,6 milyon ABŞ dolları), "Azərsun Holdinq" MMC-yə məxsus "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC (İmişli Şəkər Zavodu) (38,6 milyon ABŞ dolları), "Tabaterra" QSC (34,6 milyon ABŞ dolları), “Khan-El” MMC (30 milyon ABŞ dolları) və "Atena" MMC (28,2 milyon ABŞ dolları) qərarlaşıb.

44 filmi