Azərbaycanın konserv zavodu nizamnamə kapitalını azaldacaq

Biznes
  • 11 oktyabr, 2023
  • 05:33
Azərbaycanın konserv zavodu nizamnamə kapitalını azaldacaq

“Qəbələ Konserv Zavodu” MMC nizamnamə kapitalını azaltdığını elan edib.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Bununla belə, zavod azalmanın qədər olacağını açıqlamayıb.

Kreditorlar tələblərini 1 ay ərzində Qəbələ şəhəri, Elçin Kərimov, ev 34 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, “Qəbələ Konserv Zavodu” 2007-ci ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 72,267 milyon manatdır.