Azərbaycanın kərə yağı ixracı kəskin artıb

Biznes
  • 22 sentyabr, 2022
  • 12:43
Azərbaycanın kərə yağı ixracı kəskin artıb

Bu ilin ilk 7 ayında Azərbaycan xaricdən 62,874 milyon ABŞ dolları dəyərində 11 min 221 ton kərə yağı alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 44,5 %, kəmiyyət olaraq – 32 % çoxdur.

Yeni Zelandiyadan 28,864 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 49 % çoxdur) 4 min 567 ton (+12,9 %), İrandan 16,093 milyon ABŞ dolları dəyərində (+35 dəfə) 3 min 714 ton (+33 dəfə), Ukraynadan 4,754 milyon ABŞ dolları dəyərində (-50,8 %) 768 ton (-59,6 %), Finlandiyadan 3,594 milyon ABŞ dolları dəyərində (+44 %) 647,43 ton (+47 %), Belarusdan 2,877 milyon ABŞ dolları dəyərində (-43,4 %) 445,63 ton (-54,8 %) məhsul gətirilib.

Hesabat dövründə Azərbaycan 1,383 milyon ABŞ dolları dəyərində 235 ton kərə yağı ixrac edib ki, bu da əvvəlki ilin analoji dövrünün göstəriciləri ilə müqayisədə müvafiq olaraq 1 317 dəfə və 1 237 dəfə çoxdur.

Azərbaycan bu məhsulu ancaq Rusiyaya satıb. Ötən ilin yanvar-iyul aylarında isə tədarük yalnız ABŞ-a həyata keçirilib.