Azərbaycanın kərə yağı ixracı 400 dəfəyə yaxın artıb

Biznes
  • 24 dekabr, 2022
  • 10:32
Azərbaycanın kərə yağı ixracı 400 dəfəyə yaxın artıb

Bu ilin ilk 10 ayında Azərbaycan xaricdən 82,344 milyon ABŞ dolları dəyərində 14 min 417 ton kərə yağı alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 39,1 %, kəmiyyət olaraq – 25,8 % çoxdur.

Yeni Zelandiyadan 37,647 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 33,6 % çoxdur) 5 min 771 ton (+5,1 %), İrandan 20,623 milyon ABŞ dolları dəyərində (+37 dəfə) 4 min 723 ton (+25 dəfə), Ukraynadan 6,473 milyon ABŞ dolları dəyərində (-45,7 %) 1 min 064 ton (-54,3 %), Finlandiyadan 4,644 milyon ABŞ dolları dəyərində (+38 %) 832,12 ton (+38,9 %), Belarusdan 4,094 milyon ABŞ dolları dəyərində (-43 %) 627,4 ton (-54,8 %) məhsul gətirilib.

Hesabat dövründə Azərbaycan 6,883 milyon ABŞ dolları dəyərində (+455 dəfə) 1 min 054 ton (+395 dəfə) kərə yağı ixrac edib.

Azərbaycan bu məhsulu ancaq Rusiyaya satıb. Ötən ilin yanvar-oktyabr aylarında isə tədarük yalnız ABŞ və İraqa həyata keçirilib.