Azərbaycanın kakao ixracından gəliri 7 %-dən çox azalıb

Biznes
  • 15 avqust, 2023
  • 12:04
Azərbaycanın kakao ixracından gəliri 7 %-dən çox azalıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 59,643 milyon ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib.

"Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,9 % çoxdur.

Hesabat dövründə Azərbaycan həmçinin 5,096 milyon ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 7,4 % azdır.

Bu ilin 7 ayında kakao və ondan hazırlanan məhsullar üzrə idxal Azərbaycanın ümumi idxalının 0,62 %-ni, ixrac isə ümumi ixracın 0,02 %-ni təşkil edib.

Xatırladaq ki, yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 30 milyard 333 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 0,9 % çoxdur.

7 aylıq xarici ticarət dövriyyəsinin 20 milyard 777 milyon ABŞ dolları ixracın, 9 milyard 556 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 7,9 % azalıb, idxal isə 27,5 % artıb.

Son nəticədə xarici ticarətdə 11 milyard 220 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 25,6 % azdır.