Azərbaycanın ixrac missiyası Qətərə gedəcək

Biznes
  • 10 aprel, 2019
  • 15:42
Azərbaycanın ixrac missiyası Qətərə gedəcək

“Made in Azerbaijan” brendinin təşviqi, Azərbaycan məhsullarının ixracının genişləndirilməsi məqsədi ilə növbəti ixrac missiyası 12-16 aprel tarixlərində Qətərin Doha şəhərinə təşkil olunacaq.

İqtisadiyyat Nazirliyindən “Report”a verilən məlumata görə, ixrac missiyasına qida, tekstil, turizm və tikinti məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 25 Azərbaycan şirkəti daxildir.

Səfər çərçivəsində ixraca dair müzakirələr aparılacaq, Azərbaycan şirkətləri Qətərin iri market şəbəkələri ilə tanış olacaqlar.

44 - Tezliklə