Azərbaycanın iki broyler müəssisəsi birləşir

Biznes
  • 11 mart, 2024
  • 05:08
Azərbaycanın iki broyler müəssisəsi birləşir

"Hacıqabul Quşçuluq Şirkəti" MMC "Yumurta No 1" MMC-nin ləğv olunaraq ona qoşulması ilə əlaqədar yenidən təşkil edilir.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Xatırladaq ki, həm "Hacıqabul Quşçuluq Şirkəti", həm də "Yumurta No 1" 2002-ci ildə yaradılıb. Onların nizamnamə kapitalı müvafiq olaraq 279 713 ABŞ dolları və 77 867 manatdır.