Azərbaycanın Gürcüstandan əczaçılıq məhsulları idxalına çəkdiyi xərci 41 % artıb
- 29 mart, 2025
- 15:56
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Gürcüstan Azərbaycana 5,12 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları ixrac edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 41 % çoxdur.
Beləliklə, Azərbaycan Gürcüstanın əczaçılıq məhsulları ixrac etdiyi ölkələr sırasında 2-ci yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstan xarici ölkələrə 18,71 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları satıb ki, bu da bir il əvvəlki göstəricidən 3 % çoxdur.
Bu ilin ilk 2 ayında Gürcüstan Özbəkistana 9,8 milyon ABŞ dolları, Ermənistana 1,1 milyon ABŞ dolları, Tacikistana 472 min ABŞ dolları, Qazaxıstana 417 min ABŞ dolları dəyərində əczaçılıq məhsulları satıb.
Xatırladaq ki, 2024-cü ildə Gürcüstan 141,5 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları ixrac edib ki, bunun da 28,1 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.