Azərbaycanın Gürcüstandan avtomobil alışına çəkdiyi xərc 18 % azalıb

Biznes
  • 22 sentyabr, 2025
  • 17:50
Azərbaycanın Gürcüstandan avtomobil alışına çəkdiyi xərc 18 % azalıb

Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycana 156 milyon ABŞ dolları dəyərində 5 713 ədəd avtomobil ixrac edib.

"Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 18 %, kəmiyyət olaraq - 37 % azdır.

Beləliklə, Azərbaycan Gürcüstanın avtomobil ixrac etdiyi ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrə 1,7 milyard ABŞ dolları dəyərində 70 972 ədəd avtomobil satıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 17 % və 4,5 % çoxdur.

Bu ilin ilk 8 ayında Gürcüstandan Qırğızıstana 884 milyon ABŞ dolları dəyərində 27 316 ədəd, Qazaxıstana 494 milyon ABŞ dolları dəyərində 28 962 ədəd, Tacikistana 63 milyon ABŞ dolları dəyərində 3 055 ədəd, Özbəkistana 41,6 milyon ABŞ dolları dəyərində 1 476 ədəd avtomobil tədarük edilib.

Xatırladaq ki, 2024-cü ildə Gürcüstan 2,4 milyard ABŞ dolları dəyərində 106 051 ədəd avtomobil ixrac edib ki, bunun da 290 milyon ABŞ dolları dəyərində 12 849 ədədi Azərbaycanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti