Azərbaycanın gübrə ixracından gəliri 3 dəfədən çox azalıb

Biznes
  • 15 avqust, 2023
  • 13:48
Azərbaycanın gübrə ixracından gəliri 3 dəfədən çox azalıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 44,99 milyon ABŞ dolları dəyərində gübrə idxal edib.

"Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,9 % çoxdur.

7 ay ərzində Azərbaycanın gübrə ixracının dəyəri isə 36,268 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 3,4 dəfə azdır.

Hesabat dövründə gübrə üzrə idxal xərcləri Azərbaycanın ümumi idxal xərclərinin 0,5 %-ni, ixrac gəlirləri isə ölkənin ümumi ixrac üzrə qazancının 0,2 %-ni təşkil edib.

Xatırladaq ki, yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 30 milyard 333 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 0,9 % çoxdur.

7 aylıq xarici ticarət dövriyyəsinin 20 milyard 777 milyon ABŞ dolları ixracın, 9 milyard 556 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 7,9 % azalıb, idxal isə 27,5 % artıb.

Son nəticədə xarici ticarətdə 11 milyard 220 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 25,6 % azdır.