Azərbaycanın gübrə ixracından gəliri 3 dəfə azalıb
- 15 iyul, 2023
- 08:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I yarısında Azərbaycan 36,65 milyon ABŞ dolları dəyərində gübrə idxal edib.
"Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,5 % çoxdur.
Hesabat dövründə Azərbaycanın gübrə ixracının dəyəri isə 32,5 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 3 dəfə azdır.
Gübrə üzrə idxal xərcləri Azərbaycanın ümumi idxal xərclərinin 0,45 %-ni, ixrac gəlirləri isə ölkənin ümumi ixrac üzrə qazancının 0,2 %-ni təşkil edib.
Xatırladaq ki, bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 26 milyard 166 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 5,4 % çoxdur.
6 aylıq xarici ticarət dövriyyəsinin 17 milyard 968 milyon ABŞ dolları ixracın, 8 milyard 198 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 2,8 % azalıb, idxal isə 29 % artıb.
Son nəticədə xarici ticarətdə 9 milyard 769 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 19,4 % azdır.