Azərbaycanın əsas tədarük bazarına marqarin ixracı kəskin azalıb
- 04 avqust, 2022
- 12:11
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may aylarında Azərbaycana xaricdən 914,98 min ABŞ dolları dəyərində 590,19 ton marqarin (maye marqarindən başqa) gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 19 %, kəmiyyət olaraq – 39,1 % azdır.
Rusiyadan 770,76 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 16,1 % azalıb) 545,49 ton (-34,7%), Türkiyədən 134,84 min ABŞ dolları dəyərində (+9,8 %) 37,72 ton (-41,5 %), Ukraynadan 8,71 min ABŞ dolları dəyərində (-88,2 %) 6,7 ton (-88,1 %), Belarusdan 0,64 min ABŞ dolları dəyərində (-9,9 %) 0,28 ton (-22,2 %), Almaniyadan 0,04 min ABŞ dolları dəyərində (-81 %) 0,01 ton (-66,7 %) məhsul alınıb.
Hesabat dövründə Azərbaycan xaricə 800,46 min ABŞ dolları dəyərində 476,95 ton marqarin satıb ki, bu da əvvəlki ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 26 % çoxdur və 44,2 % azdır.
Gürcüstana 784,22 min ABŞ dolları dəyərində (-27,3 %) 466,95 ton (-45,4 %) və Özbəkistana 16,23 min ABŞ dolları dəyərində 10 ton məhsul göndərilib.
Bir il 3 aylıq fasilənin ardından Özbəkistana tədarük bərpa edilib.
Qeyd edək ki, Azərbaycan marqarini əsasən Gürcüstana satır. Bu ölkənin payına ötənilki ixrac həcminin 100 %-i, 2020-ci ildəki – 79,2 %-i, 2019-cu ildəki – 83,7 %-i, 2018-ci ildəki – 87,8 %-i düşüb.