Azərbaycanın əsas tədarük bazarına günəbaxan yağı ixracından gəliri 45 % artıb

Biznes
  • 27 sentyabr, 2022
  • 07:26
Azərbaycanın əsas tədarük bazarına günəbaxan yağı ixracından gəliri 45 % artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan xaricdən 31,1 milyon ABŞ dolları dəyərində 19 min 635 ton günəbaxan yağı alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 32,5 %, kəmiyyət olaraq – 42,8 % azdır.

Rusiyadan 30 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 33,4 % azdır) 19 min 179 ton (-43,3%), Türkiyədən 792 min ABŞ dolları dəyərində (+18,6 %) 349 ton (-6,4 %), Ukraynadan 140 min ABŞ dolları dəyərində (+74 %) 77,2 ton (+83 %), İtaliyadan 60 min ABŞ dolları dəyərində (+2,2 dəfə) 24,4 ton (+2 dəfə), Belarusdan 9 min ABŞ dolları dəyərində (+33,5 %) 3,9 ton (+15,8 %) məhsul gətirilib.

İki il 2 aylıq aradan sonra Fransadan tədarük bərpa edilib. Bu ölkədən 0,02 min ABŞ dolları dəyərində 0,01 ton günəbaxan yağı idxal edilib.

Hesabat dövründə Azərbaycan xaricə 7,8 milyon ABŞ dolları dəyərində (+33,3 %) 3 min 792 ton (-0,3 %) günəbaxan yağı satıb.

İraqa 4,6 milyon ABŞ dolları dəyərində (+45 %) 2 min 229 ton (+4,8 %), Gürcüstana 3 milyon ABŞ dolları dəyərində (+17 %) 1 min 462 ton (-9 %), Türkmənistana 167 min ABŞ dolları dəyərində 100,46 ton (bir il əvvəl tədarük olmayıb), Amerika Birləşmiş Ştatlarına 1 min ABŞ dolları dəyərində (+2 dəfə) 0,55 ton (+2 dəfə) məhsul ixrac edilib.

Ötən il Azərbaycanın xaricə (7 ölkəyə) satdığı 5 min 970 ton günəbaxan yağının 53,9 %-i İraqın payına düşüb.

44 filmi