Azərbaycanın əsas tədarük bazarına alma ixracının dəyəri kəskin artıb
- 29 aprel, 2022
- 13:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Azərbaycan 4,88 milyon ABŞ dolları dəyərində 7 min 502 ton alma ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 70 %, kəmiyyət olaraq – 3 % artıb.
Rusiyaya 4,8 milyon ABŞ dolları dəyərində 7 min 307 ton, Qazaxıstana 39,42 min ABŞ dolları dəyərində 101,71 ton, Qətərə 34,38 min ABŞ dolları dəyərində 36 ton, Ukraynaya 7,93 min ABŞ dolları dəyərində 36,1 ton, İrana 5,5 min ABŞ dolları dəyərində 22 ton məhsul satılıb.
Bir il əvvəlki göstəricilərlə müqayisədə Rusiyaya tədarük müvafiq olaraq 76,4 % və 9,2 % artıb, Qazaxıstana – 67,3 % və 76,3 % azalıb, İrana – 61,6 % və 64,1 % azalıb. Ötən ilin ilk iki ayında Qətər və Ukraynaya alma satılmayıb.
Hesabat dövründə Azərbaycana xaricdən 57,65 min ABŞ dolları dəyərində 67,43 ton alma gətirilib ki, bu da 2021-ci ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 58 % artıb və 26,1 % azalıb.
Rusiyadan 43,64 min ABŞ dolları dəyərində 55,75 ton, Gürcüstandan 14,02 min ABŞ dolları dəyərində 11,68 ton məhsul alıb.
Bir il əvvəlki göstəricilərlə müqayisədə Rusiyadan idxal müvafiq olaraq 20 % artıb və 40 % azalıb. Ötən ilin yanvar-fevral aylarında Azərbaycan Gürcüstandan alma idxal etməyib.