Azərbaycanın ən yaxşı ixracatçıları məlum olub
- 30 noyabr, 2021
- 07:58
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın qeyri-neft sektoru üzrə 2021-ci ilin yanvar-oktyabr aylarında həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.
"Report" xəbər verir ki, reytinq İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı”nda öz əksini tapıb.
Sənədə əsasən, qeyri-dövlət ixracatçı subyektlərin reytinqinə "MKT İstehsalat Kommersiya” MMC liderlik edir. Digər yerləri isə “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin yerli nümayəndəliyi, “Local Garden” MMC, “Baku Steel Company” MMC, “Sun Food” MMC, “P-Aqro” MMC, Hidayətov Təyyar Hidayət oğlu, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “RAM Beynəlxalq Nəqliyyat və Ticarət LTD” MMC, “Bulder 007 LTD” MMC tutub.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda “SOCAR Polymer” MMC, “Azəralüminium” MMC, “Azergold” QSC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərenerji” ATSC, “Azərbaycan Hava Yolları” QSC, “Azəripək” MMC, “Azərbaycan Dəmir Yolları” QSC, “Naxçıvan MR Dövlət Energetika Xidməti” təmsil olunurlar: