Azərbaycan çay idxalını və ixracını azaldıb

Biznes
  • 11 may, 2024
  • 10:18
Azərbaycan çay idxalını və ixracını azaldıb

Bu ilin yanvar-mart aylarında Azərbaycana 2 366 ton çay idxal edilib.

"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə çayın idxal dəyəri 11 milyon 710 min ABŞ dolları təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 983 ton (29,3 %), dəyər baxımından isə 6 milyon 16 min ABŞ dolları (33,9 % ) azdır.

Çay idxalı Azərbaycanın ümumi idxalının 0,32 %-ini təşkil edib.

Azərbaycan 2024-cü ilin 3 ayında 156 ton çay ixrac edib. Bu həcmdə çayın ixrac dəyəri 1 milyon 457 min ABŞ dolları olub.

Bunlar, ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 24 ton (13,3 %), dəyər baxımından 157 min ABŞ dolları (9,7 %) azdır.

Çay ixracı Azərbaycanın ümumi ixracının 0,02 %-ini təşkil edib.

44 - Tezliklə