Azərbaycanın Avropa İttifaqı ölkələrilə ticarət dövriyyəsi: TOP-5

Biznes
  • 24 iyun, 2023
  • 09:00
Azərbaycanın Avropa İttifaqı ölkələrilə ticarət dövriyyəsi: TOP-5

Bu ilin yanvar-may aylarında Azərbaycan ilə Avropa İttifaqı ölkələri arasında 12 milyard 100 milyon 359 min ABŞ dolları dəyərində ticarət əməliyyatları aparılıb.

"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin müvafiq dövrünə nisbətən 16 % çoxdur.

İl ərzində Azərbaycandan Avropa İttifaqı ölkələrinə 10,8 % artaraq 10 milyard 775 milyon 686 min ABŞ dolları dəyərində ixrac, 39,8 % artaraq 1 milyard 324 milyon 673 min ABŞ dolları dəyərində idxal əməliyyatları həyata keçirilib.

Qeyd edilən dövrdə Azərbaycan ticarət əməliyyatlarını əsasən İtaliya, Almaniya, Yunanıstan, İspaniya və Çexiya ilə aparıb.

Belə ki, Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsi 7 milyard 596 milyon 721 min ABŞ dolları, həmçinin ixrac 7 milyard 418 milyon 262 min ABŞ dolları, idxal isə 178 milyon 458 min ABŞ dolları təşkil edib. İl ərzində ticarət dövriyyəsi 1,01 dəfə, ixrac 1,02 dəfə azalıb, idxal isə 1,4 dəfə artıb. İtaliyaya ixrac Azərbaycanın ümumi ixracının 46,04 %-ni təşkil edir.

Bu ilin yanvar-may aylarında Azərbaycanın Almaniya ilə ticarət dövriyyəsi 778 milyon 926 min ABŞ, həmçinin ixrac 370 milyon 566 min ABŞ dolları, idxal 408 milyon 360 min ABŞ dolları dəyərində olub. 2022-ci ilin 5 ayı ilə müqayisədə ticarət dövriyyəsi 1,5 dəfə, ixrac 1,3 dəfə, idxal isə 1,8 dəfə artıb.

Hesabat dövründə Yunanıstan ilə ticarət əməliyyatları 700 milyon 704 min ABŞ dolları, həmçinin ixrac 693 milyon 700 min ABŞ dolları, idxal isə 7 milyon 4 min ABŞ dolları təşkil edib. İl ərzində ticarət dövriyyəsi və ixrac 1,4 dəfə, idxal isə 1,1 dəfə artıb.

Bu dövrdə Azərbaycan ilə İspaniya arasında ticarət dövriyyəsi 688 milyon 240 min ABŞ dolları, həmçinin ixrac 652 milyon 242 min ABŞ dolları, idxal isə 35 milyon 998 min ABŞ dolları dəyərində olub. Ötən ilin eyni dövrünə nisbətən ticarət dövriyyəsi 2,2 dəfə, ixrac 2,4 dəfə, idxal isə 1,2 dəfə artıb.

Azərbaycanın Çexiya ilə ticarət əməliyyatları 418 milyon 375 min ABŞ dolları, həmçinin ixrac 382 milyon 194 min ABŞ dolları, idxal isə 36 milyon 180 min ABŞ dolları təşkil edib. İl ərzində ticarət dövriyyəsində 2,3 dəfə, ixracda 2,3 dəfə, idxalda isə 1,9 dəfə artım müşahidə olunub.