Azərbaycanın aparıcı sement istehsalçısı logistika şirkəti yaradıb

Biznes
  • 07 iyul, 2025
  • 17:43
Azərbaycanın aparıcı sement istehsalçısı logistika şirkəti yaradıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Norm Logıstıcs" MMC-ni dövlət qeydiyyatına alıb.

“Report” Nazirliyə istinadən xəbər verir ki, yeni şirkət “Norm” ASC ilə eyni hüquqi ünvanda - Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şosesi (Səngərqaya-1 yolu), 7-ci km, 1-də qeydiyyatdan keçib.

Onun nizamnamə kapitalı 10 min manat, qanuni təmsilçisi isə Rəşad Yuzil oğlu Zülfüqarovdur.

Xatırladaq ki, “Norm” 2006-cı ildə yaradılıb, ölknin aparıcı sement istehsalçılarından biridir. Onun nizamnamə kapitalı 161,962 milyon manatdır.

44 filmi