Azərbaycanın aparıcı kabel istehsalçısı yenidən zərərlə işləməyə başlayıb
- 10 iyul, 2023
- 05:13
Yeniliklərdən dərhal xəbərdar olun!
“Azərkabel” ASC 2022-ci ili 6 min manat zərərlə başa vurub. Halbuki, səhmdar cəmiyyəti 2021-ci ildən 38 min manat xalis mənfəətlə çıxmışdı.
“Report” xəbər verir ki, ötən il “Azərkabel”in satışdan gəlirləri 309 min manat (əvvəlki ilə nisbətən 2,1 dəfə çox), satışının maya dəyəri isə 314 min manat (2,9 dəfə çox), o cümlədən əmək haqqı xərcləri 53 min manat (32,5 % çox), amortizasiya xərcləri 26 min manat (7,1% az), mal-metarial xərcləri 204 min manat (əvvəlki il olmayıb), DSMF üzrə xərcləri 10 min manat (26% çox), sair xərcləri 22 min manat (4,8 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Azərkabel”in aktivləri 5,833 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 3,7 % azdır. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 6,8 % azalaraq 3,042 milyon manata düşüb, balans kapitalı isə dəyişməyərək 2,791 milyon manat qalıb.
Xatırladaq ki, “Azərkabel” 1959-cu ildən fəaliyyət göstərən eyni adlı müəssisənin bazasında, 2001-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 869 min manatdır. Müəssisə ölkənin aparıcı kabel istehsalçısıdır.