Azərbaycanın aparıcı inşaat şirkətinin rəhbərliyi yenidən formalaşdırılacaq
- 10 may, 2022
- 12:41
Yeniliklərdən dərhal xəbərdar olun!
İyunun 26-da, saat 11:00-da Avro-Asiya İnşaat Korporasiyası - “EVRASCON” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi, 8 ünvanında (Nərimanov heykəlinin arxasında) olacaq.
Yığıncağın gündəliyinə şirkətin 2021-ci il üzrə maliyyə təsərrüfat fəaliyyəti haqqında icra orqanının hesabatı, 2021-ci ilin nəticələrinə görə illik hesabatın, mühasibat balansının təsdiq edilməsi, Direktorlar Şurası üzvlərinin və sədrinin seçilməsi, Təftiş Komissiyasının üzvlərinin seçilməsi və 2021-ci il üzrə dividend hesablanması məsələləri daxildir.
"EVRASCON" (keçmiş "Azərkörpü") 1968-ci ildə Bakıda Nəqliyyat Tikintisi Nazirliyi yanında yaradılıb və "Mostootryad-100" kimi öz fəaliyyətinə başlayıb. 2001-ci ildə həyata keçirilmiş özəlləşdirmənin nəticəsində şirkət səhmdar cəmiyyət statusunu alıb. 2013-cü ildə "Azərkörpü"də həyata keçirilmiş rebrendinq nəticəsində şirkətin adı "EVRASCON" adı ilə əvəz edilib.