Azərbaycanın aparıcı holdinqi ölkəyə elektrikli avtobuslar idxal edə bilər
- 18 yanvar, 2023
- 10:49
Yeniliklərdən dərhal xəbərdar olun!
“ISR Holdinq” MMC Azərbaycana BYD brendinə məxsus elektrikli avtobusların gətirilməsini nəzərdən keçirir.
“Report” xəbər verir ki, bununla bağlı şirkətin vitse-prezidenti Rauf Xəlilov BYD-nin Niderlandın Rotterdam şəhərindəki ofisinə səfəri zamanı müzakirələr aparıb.
Müzakirələrdə həmçinin elektrikli minik avtomobillərinin də Azərbaycana idxalı nəzərdən keçirilib.
BYD qiyməti 300-600 min ABŞ dolları olan elektrikli avtomobillərin istehsalına 2010-cu ildəm başlayıb. Şirkət bu günə qədər 1,9 milyon ədəd minik avtomobili, 700 min avtobus istehsal edib. Hazırda həmin avtobuslar 70 ölkədə - 400-dən çox şəhərin küçələrində hərəkət edir. O cümlədən Avropada 2 600 BYD markalı avtobus xidmət göstərir və 20 ölkənin 100 şəhəri üçün bu növ nəqliyyat vasitələri sifariş verilib.