Azərbaycanın Aİ ölkələri ilə ticarət dövriyyəsi: TOP-10

Biznes
  • 31 oktyabr, 2023
  • 10:17
Azərbaycanın Aİ ölkələri ilə ticarət dövriyyəsi: TOP-10

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələri ilə ticarət dövriyyəsi 19 milyard 234 milyon 913 min ABŞ dolları təşkil edib.

Bu barədə "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Bu, 2022-ci ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 8,6 % azdır.

Doqquz ayda Azərbaycandan Aİ ölkələrinə 16 milyard 920 milyon 679 min ABŞ dolları dəyərində ixrac (illik 12,7 % az), 2 milyard 314 milyon 233 min ABŞ dolları dəyərində idxal (illik 40 % çox) əməliyyatları həyata keçirilib.

Hesabat dövründə Aİ ölkələrinin Azərbaycanın ümumi ixracında payı 63,88 %, ümumi idxalında isə 18,35 % təşkil edib.

Bu dövrdə Azərbaycanın ən çox ticarət dövriyyəsi ardıcıl olaraq İtaliya, Almaniya, Yunanıstan, İspaniya və Çexiya ilə olub.

Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsi 12 milyard 51 milyon 969 min ABŞ dolları, o cümlədən ixracı 11 milyard 739 milyon 655 min ABŞ dolları, idxalı isə 312 milyon 314 min ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 18,6 %, ixrac 13,4 % azalıb, idxal isə 36,7 % artıb.

Azərbaycanın Almaniya ilə ticarət əməliyyatları 1 milyard 259 milyon 473 min ABŞ dolları, o cümlədən ixracı 553 milyon 889 min ABŞ dolları, idxalı isə 705 milyon 583 min ABŞ dolları olub. İl ərzində ticarət dövriyyəsi 72,5 %, ixrac 2 dəfə, idxal isə 55,1 % artıb.

Azərbaycanın Yunanıstan ilə ticarət dövriyyəsi 1 milyard 216 milyon 447 min ABŞ dolları, o cümlədən ixracı 1 milyard 198 milyon 97 min ABŞ dolları, idxalı isə 18 milyon 350 min ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 11 %, o cümlədən ixrac 11 %, idxal isə 18,8 % artıb.

Ölkənin İspaniya ilə ticarət dövriyyəsi 793 milyon 564 min ABŞ dolları, o cümlədən ixracı 712 milyon 64 min ABŞ dolları, idxalı isə 81 milyon 499 min ABŞ dolları olub. Son 1 ildə ticarət dövriyyəsi 41,4 %, ixrac 41,6 %, idxal isə 39 % artıb.

Azərbaycanın Çexiya ilə ticarət əməliyyatları 592 milyon 586 min ABŞ dolları, o cümlədən ixracı 530 milyon 674 min ABŞ dolları, idxalı isə 61 milyon 912 min ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 15,7 %, o cümlədən ixrac 19,7 % azalıb, idxal isə 47,1 % artıb.

Ölkənin Fransa ilə ticarət dövriyyəsi 482 milyon 254 min ABŞ dolları, o cümlədən ixracı 127 milyon 925 min ABŞ dolları, idxalı isə 354 milyon 329 min ABŞ dolları olub. Son 1 ildə ticarət dövriyyəsi 2,2 dəfə, ixrac 2,6 dəfə, idxal isə 2 dəfə artıb.

Azərbaycanın Xorvatiya ilə ticarət əməliyyatları 419 milyon 156 min ABŞ dolları, o cümlədən ixracı 415 milyon 636 min ABŞ dolları, idxalı isə 3 milyon 519 min ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 40 %, o cümlədən ixrac 40 %, idxal isə 68,1 % azalıb.

Ölkənin İrlandiya ilə ticarət dövriyyəsi 394 milyon 674 min ABŞ dolları, o cümlədən ixracı 369 milyon 724 min ABŞ dolları, idxalı isə 24 milyon 950 min ABŞ dolları olub. Son 1 ildə ticarət dövriyyəsi 32,5 %, ixrac 33,3 %, idxal isə 22 % artıb.

Azərbaycanın Bolqarıstan ilə ticarət əməliyyatları 345 milyon 905 min ABŞ dolları, o cümlədən ixracı 324 milyon 194 min ABŞ dolları, idxalı isə 21 milyon 710 min ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 94,5 %, o cümlədən ixrac 2,1 dəfə artıb, idxal isə 18,6 % azalıb.

Ölkənin Avstriya ilə ticarət dövriyyəsi 223 milyon 554 min ABŞ dolları, o cümlədən ixracı 153 milyon 240 min ABŞ dolları, idxalı isə 70 milyon 313 min ABŞ dolları olub. Son 1 ildə ticarət dövriyyəsi 51 %, ixrac 69 %, idxal isə 22,5 % artıb.

44 - Tezliklə