Azərbaycanın ABŞ ilə builki ticarət dövriyyəsinin dəyəri 467 milyonu ötüb

Biznes
  • 27 iyul, 2026
  • 12:42
Azərbaycanın ABŞ ilə builki ticarət dövriyyəsinin dəyəri 467 milyonu ötüb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan və ABŞ arasında ticarət dövriyyəsinin dəyəri 467 milyon 191 min ABŞ dolları təşkil edib.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,3 % azdır.

Hesabat dövründə ABŞ ilə ticarət ümumi dövriyyənin 1,9 %-i qədər olub.

6 ayda Azərbaycan xarici ölkələrlə 24 milyard 661 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, illik müqayisədə 1,1 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 16 milyard 320 milyon ABŞ dolları ixracın, 8 milyard 341 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 26,7 % artıb, idxal isə 27,6 % azalıb. Son nəticədə xarici ticarətdə 7 milyard 979 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,9 dəfə çoxdur.

44 filmi