Azərbaycandan xarici ölkələrə avtomobil nəqliyyatı ilə yükdaşımalar artıb
- 31 oktyabr, 2023
- 11:41
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın xarici ölkələrlə avtomobil nəqliyyatı ilə yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 8,8 % artaraq 3 milyon 938 min 297 ton təşkil edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə yükün dəyəri 8 milyard 874 milyon 867 min ABŞ dolları olub. Bu isə 1 il əvvələ nisbətən 16 % çoxdur.
O cümlədən, 9 ay ərzində avtomobil nəqliyyatı ilə 1 milyard 312 milyon 987 min ABŞ dolları dəyərində 1 milyon 461 min 527 ton yük ixrac olunub, 7 milyard 561 milyon 879 min ABŞ dolları dəyərində 2 milyon 476 min 770 ton yük idxal edilib.
Hesabat dövründə ixrac olunan yükün dəyəri 0,2 %, həcmi 5,5 % artıb. İdxal olunan yüklərin isə dəyəri 18,6 %, həcmi 10,8 % artıb.