Azərbaycandan Türkiyəyə araq ixracı bərpa edilib

Biznes
  • 10 oktyabr, 2022
  • 06:25
Azərbaycandan Türkiyəyə araq ixracı bərpa edilib

2022-ci ilin ilk 7 ayı ərzində Azərbaycana 3,952 milyon ABŞ dolları dəyərində 40,28 min dekalitr araq idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 7,5 %, kəmiyyət olaraq – 1,1 % çoxdur.

Rusiyadan 1,88 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 34,4 % azdır) 18,39 min dekalitr (-28,6 %), Belarusdan 638,31 min ABŞ dolları dəyərində (-50,2 %) 9,96 min dekalitr (-53,3 %), Ukraynadan 497,39 min ABŞ dolları dəyərində (-46,8 %) 5,38 min dekalitr (-59,8 %), Fransadan 314,22 min ABŞ dolları dəyərində (+56,2 %) 0,75 min dekalitr (+34 %), İsveçdən 184,61 min ABŞ dolları dəyərində (-25,8 %) 1,11 min dekalitr (-14,6 %) məhsul alınıb.

Hesabat dövründə Azərbaycan 218,14 min ABŞ dolları dəyərində (+15,3 %) 2,38 min dekalitr (-38,3 %) araq ixrac edib.

Almaniyaya 80,26 min ABŞ dolları dəyərində (+4 dəfə) 0,6 min dekalitr (+4 dəfə), İraqa 40,5 min ABŞ dolları dəyərində (-29,3 %) 0,94 min dekalitr (-7,8 %), Ukraynaya 31,34 min ABŞ dolları dəyərində (-4,2 %) 0,38 min dekalitr (-13,6 %), Türkiyəyə 21,77 min ABŞ dolları dəyərində 0,19 min dekalitr, təyin olunmayan ölkəyə (Rüsumsuz Ticarət Mağazasından alınıb) 18,43 min ABŞ dolları dəyərində 0,08 min dekalitr məhsul satılıb.

Beş il 9 ayın tamamında Türkiyəyə tədarük bərpa edilib.