Azərbaycandan Rusiyaya mal çatdırılmasına dair müraciətlərin sayı 4 dəfə artıb

Biznes
  • 16 yanvar, 2023
  • 12:06
Azərbaycandan Rusiyaya mal çatdırılmasına dair müraciətlərin sayı 4 dəfə artıb

2022-ci ildə Azərbaycandan Rusiyaya mal çatdırılması ilə bağlı müraciətlərin sayı 2021-ci illə müqayisədə 286 % və yaxud 3,9 dəfə çox olub.

“Report” bu barədə müraciətləri qeydə alan ati.su portalına istinadən xəbər verir.

Məlumata görə, ötən il Rusiyaya mal çatdırılması üçün müraciətlərin sayına görə əvvəlki il olduğu kimi Belarus və Qazaxıstan liderdir. Bu ölkələr üzrə artım isə müvafiq olaraq 34 % və 109 %-dir.

Mal çatdırılması üzrə müraciətlər Ermənistandan 265 %, Türkiyə 244%, İrandan isə 204 % artıb.

Ötən il Rusiyaya avtomobillə yükdaşınma yaz aylarında azalsa da, ilin II yarısında artıb. Bəzi ölkələr istisna olmaqla, Avropa istiqamətinə ixrac trafiki ciddi şəkildə azalıb. Almaniya, İtaliya, Finlandiya, Latviya, Estoniya və Rumıniyaya yüklərin daşınmasına tələbat təxminən 2 dəfə artıb.

2022-ci ildə ölkədaxili yükdaşımalar üçün müraciətlərin sayı isə 7 % artıb. O cümlədən noyabrda müraciətlərin sayı 28 %, dekabrda isə 22 % artıb.

Ötən il ölkədaxili daşıma tarifləri isə 3,9 % artıb.

44 filmi