Azərbaycandan Qırğızıstana ətir ixracı bərpa edilib
- 14 sentyabr, 2022
- 08:09
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyun aylarında Azərbaycana xaricdən 12,392 milyon ABŞ dolları dəyərində 622,7 ton ətir və tualet suyu gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 3,8 %, kəmiyyət olaraq – 10,3 % azdır.
Fransadan 5,267 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 1,3 % çoxdur) 57,58 ton (+14,5 %), Rusiyadan 1,334 milyon ABŞ dolları dəyərində (+17,7 %) 125,26 ton (-16,1 %), İtaliyadan 1,101 milyon ABŞ dolları dəyərində (-10,8 %) 18,8 ton (+9,8 %), İspaniyadan 904,35 min ABŞ dolları dəyərində (-18,6 %) 15,18 ton (-63,4 %), Polşadan 731,3 min ABŞ dolları dəyərində (-58,5 %) 44,47 ton (-59,2 %) məhsul alınıb.
Hesabat dövründə Azərbaycan 1,626 milyon ABŞ dolları dəyərində 353,99 ton ətir və tualet suyu ixrac edilib ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 4,6 dəfə və 2,1 dəfə çoxdur.
Birləşmiş Ərəb Əmirliklərinə 1,162 milyon ABŞ dolları dəyərində (+4 dəfə) 11,65 ton (+5,2 dəfə), Amerika Birləşmiş Ştatlarına 360,02 min ABŞ dolları dəyərində 2,05 ton (bir il əvvəl tədarük olmayıb), Qırğızıstana 51,03 min ABŞ dolları dəyərində 1,33 ton, Küveytə 35,06 min ABŞ dolları dəyərində 2,62 ton (tədarük olmayıb), təyin olunmayan ölkəyə (Rüsumsuz Ticarət Mağazasından alınıb) 11,32 min ABŞ dolları dəyərində 0,04 ton məhsul satılıb.
İki il 8 aylıq fasilədən sonra Qırğızıstana tədarük bərpa edilib.