Azərbaycandan Qətər və BƏƏ-yə alma şirəsi ixracı bərpa edilib

Biznes
  • 07 iyun, 2023
  • 12:37
Azərbaycandan Qətər və BƏƏ-yə alma şirəsi ixracı bərpa edilib

Bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrə 1,43 milyon ABŞ dolları dəyərində 1 min ton alma şirəsi ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 3 dəfə, kəmiyyət olaraq – 2,4 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyaya 1,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 9 dəfə çoxdur) 967,1 ton (+7,4 dəfə), Malayziyaya 17,14 min ABŞ dolları dəyərində (+42 %) 22,66 ton (+10 %), Gürcüstana 13,5 min ABŞ dolları dəyərində 10 ton (bir il əvvəl tədarük olmayıb), Qətərə 0,21 min ABŞ dolları dəyərində 0,19 ton və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 0,10 min ABŞ dolları dəyərində 0,08 ton məhsul satıb.

Azərbaycan 4 il 11 ayın tamamında BƏƏ-yə və 4 il 1 aylıq fasilənin ardından Qətərə alma şirəsi tədarükünü bərpa edib.