Azərbaycandan Özbəkistana nişasta ixracı bərpa edilib
- 13 dekabr, 2022
- 13:01
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin ilk 9 ayında Azərbaycana 1,1 milyon ABŞ dolları dəyərində 1 min 849 ton nişasta idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1,1 % çoxdur, kəmiyyət olaraq – 27,1 % azdır.
Rusiyadan 593,64 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 28,4 % azalıb) 1 min 108 ton (-47,3 %), Türkiyədən 219,26 min ABŞ dolları dəyərində (+2 dəfə) 202,83 ton (+56,6 %), İrandan 104,74 min ABŞ dolları dəyərində (+36,3 %) 270,28 ton (+13 %), Qazaxıstandan 154,5 min ABŞ dolları dəyərində 260 ton, Ukraynadan 9,73 min ABŞ dolları dəyərində (-42,8 %) 7,38 ton (-70 %) məhsul alınıb.
Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Qazaxıstandan tədarük həyata keçirilib.
Hesabat dövründə ölkədən xaricə 303,85 min ABŞ dolları dəyərində (+28 %) 575 ton (-8 %) nişasta göndərilib.
Gürcüstana 190,4 min ABŞ dolları dəyərində (-10 %) 360 ton (-35,8 %), Türkmənistana 102,1 min ABŞ dolları dəyərində (+3,6 dəfə) 195 ton (+3 dəfə) və Özbəkistana 11,4 min ABŞ dolları dəyərində 20 ton məhsul satılıb.
Bir il 9 aylıq fasilənin ardından Özbəkistana tədarük bərpa edilib.