Azərbaycandan Niderlanda polietilen ixracı bərpa edilib

Biznes
  • 07 dekabr, 2022
  • 05:57
Azərbaycandan Niderlanda polietilen ixracı bərpa edilib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xaricə 112,716 milyon ABŞ dolları dəyərində 86 min 737 ton polietilen (xüsusi kütləsi 0,94-dən az/0,94 və ya daha çox olan ilkin formalı) satıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 7,8 %, kəmiyyət olaraq – 16 % azdır.

Azərbaycandan Türkiyəyə 36,898 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 33,6 % çoxdur) 30 min 667 ton (+32 %), Rusiyaya 36,671 milyon ABŞ dolları dəyərində (-4,6 %) 22 min 825 ton (-26 %), Çinə 22,456 milyon ABŞ dolları dəyərində (-1 %) 21 min 375 ton (-8,7 %), Litvaya 4,634 milyon ABŞ dolları dəyərində (-50,5 %) 3 min 162 ton (-52,2 %), Ukraynaya 3,417 milyon ABŞ dolları dəyərində (-64,2 %) 2 min 583 ton (-66,5 %) məhsul göndərilib.

Doqquz il 7 aylıq aradan sonra Niderlanda tədarük bərpa edilib. Həmin ölkəyə 56,17 min ABŞ dolları dəyərində 48 ton polietilen ixrac edilib.

Hesabat dövründə Azərbaycana 43,544 milyon ABŞ dolları dəyərində 30 min 374 ton polietilen (xüsusi kütləsi 0,94-dən az/0,94 və ya daha çox olan ilkin formalı) gətirilib.

İrandan 30,466 milyon ABŞ dolları dəyərində (+87,7 %) 22 min 747 ton (+69,1 %), Səudiyyə Ərəbistanından 4,432 milyon ABŞ dolları dəyərində (+28 %) 3 min 661 ton (+17,7 %), Amerika Birləşmiş Ştatlarından (ABŞ) 1,756 milyon ABŞ dolları dəyərində (+94 %) 800,49 ton (+67 %), İsveçdən 1,263 milyon ABŞ dolları dəyərində (+5,8 dəfə) 433,33 ton (+4,7 dəfə), Rusiyadan 1,195 milyon ABŞ dolları dəyərində (+14 dəfə) 752 ton (+12,3 dəfə) məhsul alıb.

44 - Tezliklə