Azərbaycandan ixrac edilən sementin dəyəri 4 %-dən çox artıb
- 19 dekabr, 2024
- 08:46
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan 48 milyon 108,25 min ABŞ dolları dəyərində 773 min 960,57 ton sement (hazır və ya klinker formasında) ixrac edilib.
“Report” Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, 2023-cü ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulun dəyəri 4,3 % artıb, həcmi isə 4 % azalıb.
Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında sementin payı 1,82 % təşkil edir.
Noyabrda isə ölkədən 4 milyon 968,22 min ABŞ dolları məbləğində 78 min 303,91 ton sement (hazır və ya klinker formasında) ixrac edilib ki, bu da keçən ilin analoji dövrünə nisbətən müvafiq olaraq 6,9 % və 15,5 % azdır.
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 2 milyard 648 milyon 607,36 min ABŞ dolları dəyərində əsas qeyri-neft məhsulları ixrac edib. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,4 % azdır.
Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 43 milyard 109,55 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 24 milyard 337,86 milyon ABŞ dolları ixracın, 18 milyard 771,69 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 22,8 % azalıb, idxal isə 18,7 % artıb.