Azərbaycandan daha iki ölkəyə siqaret ixracına başlanılıb

Biznes
  • 08 dekabr, 2022
  • 06:02
Azərbaycandan daha iki ölkəyə siqaret ixracına başlanılıb

Bu ilin ilk 9 ayında Azərbaycana xaricdən 2,497 milyon ABŞ dolları dəyərində 137,66 milyon ədəd siqaret (tərkibində tütün olan) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 81,3 %, kəmiyyət olaraq – 78 % azdır.

Türkiyədən 956,22 min ABŞ dolları dəyərində 57,73 milyon ədəd, Ukraynadan 955,25 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 91,6 % azdır) 45,11 milyon ədəd (-90 %), Rusiyadan 584,18 min ABŞ dolları dəyərində (-68 %) 34,82 milyon ədəd (-78,5 %) və Almaniyadan 1,27 min ABŞ dolları dəyərində 0,01 milyon ədəd məhsul alınıb.

Beş il 1 aylıq fasilənin ardından Türkiyədən, 4 il 7 ayın tamamında Almaniyadan tədarük bərpa edilib.

Hesabat dövründə Azərbaycan 1,64 milyon ABŞ dolları dəyərində (+61,4 %) 225,44 milyon ədəd (+27,1 %) siqaret ixrac edib.

Omana 497,14 min ABŞ dolları dəyərində 89,8 milyon ədəd, Türkmənistana 389,1 min ABŞ dolları dəyərində 32,4 milyon ədəd, Gürcüstana 385,58 min ABŞ dolları dəyərində 41,57 milyon ədəd, Çinə 188,2 min ABŞ dolları dəyərində 31,77 milyon ədəd, Tacikistana 94,2 min ABŞ dolları dəyərində 16 milyon ədəd və Syerra-Leoneyə 86,1 min ABŞ dolları dəyərində 13,9 milyon ədəd məhsul satılıb.

Üç il 3 aylıq fasilənin ardından Gürcüstana, 2 il 1 ayın tamamında Türkmənistana tədarük bərpa edilib. Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Çinə və Tacikistana ixrac həyata keçirilib.

44 - Tezliklə