Azərbaycandan daha bir ölkəyə zeytun yağı ixracına başlanılıb
- 14 mart, 2023
- 12:06
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən il Azərbaycan 660 min ABŞ dolları dəyərində 125,3 ton zeytun yağı ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci illə müqayisədə dəyər ifadəsində 2,9 dəfə, kəmiyyət olaraq – 2,1 dəfə çoxdur.
Rusiyaya 317 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 1 057 dəfə çoxdur) 52 ton (+5 200 dəfə), Gürcüstana 185 min ABŞ dolları dəyərində (-1 %) 38,6 ton (-17 %), Belarusa 66,53 min ABŞ dolları dəyərində 12 ton, İraqa 41,4 min ABŞ dolları dəyərində (+56 %) 11 ton (+36 %), Qazaxıstana 28 min ABŞ dolları dəyərində (+2 dəfə) 7 ton (+83 %) məhsul göndərilib.
Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Sinqapura (0,75 min ABŞ dolları dəyərində 0,1 ton) tədarük həyata keçirilib.
Üç il 9 aylıq fasilənin ardından Qətərə (1,5 min ABŞ dolları dəyərində 0,16 ton) və 2 il 1 aydan sonra Belarusa ixrac bərpa edilib.
Hesabat dövründə Azərbaycana 7,1 milyon ABŞ dolları dəyərində (+27 %) 2 min 224 ton (+6,1 %) zeytun yağı gətirilib.
İspaniyadan 3,8 milyon ABŞ dolları dəyərində (+45,5 %) ton 1 min 263 ton (+15,4 %), İtaliyadan 1,5 milyon ABŞ dolları dəyərində (+9,7 %) 395,5 ton (-8 %), Türkiyədən 1,4 milyon ABŞ dolları dəyərində (+22 %) 393,3 ton (+6,5 %), Yunanıstandan 205 min ABŞ dolları dəyərində (-22 %) 156 ton (-13 %), Lüksemburqdan 32 min ABŞ dolları dəyərində (+14,3 %) 2,5 ton (+14 %) yağ alınıb.