Azərbaycandan daha 4 ölkəyə peçenye ixracına başlanılıb

Biznes
  • 01 mart, 2023
  • 11:27
Azərbaycandan daha 4 ölkəyə peçenye ixracına başlanılıb

2022-ci ildə Azərbaycana xaricdən 34,5 milyon ABŞ dolları dəyərində 17 min 276 ton şirin quru peçenye gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci illə müqayisədə dəyər ifadəsində 20 %, kəmiyyət olaraq – 12 % çoxdur.

Türkiyədən 13,65 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 48 % çoxdur) 4 min 703 ton (+21 %), Rusiyadan 8 milyon ABŞ dolları dəyərində (+7,4 %) 3 min 393 ton (-7 %), İrandan 5,7 milyon ABŞ dolları dəyərində (+46 %) 7 min 10 ton (+46 %), Ukraynadan 2,3 milyon ABŞ dolları dəyərində (-42 %) 910 ton (-52 %), Qazaxıstandan 1,4 milyon ABŞ dolları dəyərində (-29 %) 439 ton (-39 %) məhsul alınıb.

Hesabat dövründə Azərbaycan 800 min ABŞ dolları dəyərində (+2,2 dəfə) 551 ton (+67 %) peçenye ixrac edib.

Gürcüstana 356 min ABŞ dolları dəyərində (+2,8 dəfə) 294 ton (+2,4 dəfə), Qazaxıstana 111 min ABŞ dolları dəyərində (+370 dəfə) 34,4 ton (+229 dəfə), Özbəkistana 47 min ABŞ dolları dəyərində (+52 %) 30 ton (-23 %), Rusiyaya 41 min ABŞ dolları dəyərində (-30 %) 28,12 ton (-61 %), Çinə 36 min ABŞ dolları dəyərində (+37 %) 15,42 ton (+19 %) məhsul satılıb.

Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə (9 min ABŞ dolları dəyərində 4,1 ton), İraqa (33,4 min ABŞ dolları dəyərində 26 ton), İsrailə (17,5 min ABŞ dolları dəyərində 10,1 ton), Türkiyəyə (34,3 min ABŞ dolları dəyərində 17 ton) və Yəmənə (11 min ABŞ dolları dəyərində 3,2 ton) ixrac bərpa edilib.

Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Belarusa (0,1 min ABŞ dolları dəyərində 0,1 ton), Qətərə (0,03 min ABŞ dolları dəyərində 0,02 ton), Moldovaya (26 min ABŞ dolları dəyərində 14 ton) və Polşaya (4,3 min ABŞ dolları dəyərində 2,6 ton) tədarük həyata keçirilib.

44 - Tezliklə