Azərbaycandan bir ölkəyə naviqasiya cihazlarının ixracı bərpa edilib
- 12 yanvar, 2023
- 13:03
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan xaricə 848 min ABŞ dolları dəyərində 24 ədəd naviqasiya cihazı və aləti (aeronaviqasiya və kosmiknaviqasiya üçün cihazlar da daxildir) göndərilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 76 %, kəmiyyət olaraq – 65,7 % azdır.
Böyük Britaniyaya 808 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 77 % azdır) 22 ədəd (-68 %), Fransaya 35 min ABŞ dolları dəyərində 1 ədəd (bir il əvvəl tədarük olmayıb) və Amerika Birləşmiş Ştatlarına (ABŞ) 5 min ABŞ dolları dəyərində 1 ədəd məhsul satılıb.
İki il 9 aylıq fasilənin ardından ABŞ-a tədarük bərpa edilib.
Hesabat dövründə Azərbaycana 1,5 milyon ABŞ dolları dəyərində (-80,6 %) 234 ədəd (-3,3 %) analoji cihaz və alət idxal edilib.
ABŞ-dan 500 min ABŞ dolları dəyərində (-53 %) 30 ədəd (+76,5 %), Fransadan 203 min ABŞ dolları dəyərində (-64 %) 15 ədəd (+2,1 dəfə), Rusiyadan 180 min ABŞ dolları dəyərində (-58 %) 19 ədəd (-47 %), Böyük Britaniyadan 163 min ABŞ dolları dəyərində (-94 %) 21 ədəd (-81 %), İsveçrədən 135 min ABŞ dolları dəyərində (-38 %) 2 ədəd (-33,3 %) məhsul alınıb.