Azərbaycandan 6 ölkəyə şokolad ixracı bərpa edilib
- 06 mart, 2023
- 09:55
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ildə Azərbaycana xaricdən 95,222 milyon ABŞ dolları dəyərində 27 min 518 ton şokolad gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci illə müqayisədə dəyər ifadəsində 9,4 % çoxdur, kəmiyyət olaraq – 5 % azdır.
Azərbaycan Rusiyadan 50,36 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 6 % azdır) 16 min 791 ton (-18 %), Türkiyədən 14,75 milyon ABŞ dolları dəyərində (+30 %) 3 min 283 ton (+29 %), Ukraynadan 6,84 milyon ABŞ dolları dəyərində (-28 %) 2 min 316 ton (-31 %), Polşadan 3,75 milyon ABŞ dolları dəyərində (+3 dəfə) 624 ton (+5,2 dəfə), Qazaxıstandan 2,73 milyon ABŞ dolları dəyərində (+2,7 dəfə) 853 ton (+2,5 dəfə) məhsul alınıb.
Hesabat dövründə Azərbaycandan xaricə 12 milyon ABŞ dolları dəyərində (+2,1 dəfə) 4 min 591 ton (+73,4 %) şokolad göndərilib.
Gürcüstana 2 milyon ABŞ dolları dəyərində (+2,2 dəfə) 700 ton (+77 %), Rusiyaya 1,72 milyon ABŞ dolları dəyərində (-12 %) 679 ton (-29 %), Səudiyyə Ərəbistanına 1,46 milyon ABŞ dolları dəyərində (+2,2 dəfə) 508 ton (+2,1 dəfə), Birləşmiş Ərəb Əmirliklərinə 1,21 milyon ABŞ dolları dəyərində (+3,8 dəfə) 471 ton (+3,1 dəfə), Türkiyəyə 1,1 milyon ABŞ dolları dəyərində (+22,4 dəfə) 412 ton (+19 dəfə) məhsul satılıb.
Azərbaycandan Belarusa (325 min ABŞ dolları dəyərində 119 ton), Əfqanıstana (84 min ABŞ dolları dəyərində 35 ton), Fələstinə (148 min ABŞ dolları dəyərində 56,2 ton), Hindistana (57 min ABŞ dolları dəyərində 17 ton), Qətərə (351,5 min ABŞ dolları dəyərində 119 ton) və Latviyaya (39 min ABŞ dolları dəyərində 14,42 ton) tədarük bərpa edilib.
Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Bəhreynə (53,7 min ABŞ dolları dəyərində 16,68 ton), Moldovaya (168,87 min ABŞ dolları dəyərində 71,83 ton) və Vyetnama (80,47 min ABŞ dolları dəyərində 27,43 ton) ixrac həyata keçirilib.