Azərbaycandan 5 ölkəyə şərab ixracı bərpa edilib

Biznes
  • 25 yanvar, 2023
  • 06:05
Azərbaycandan 5 ölkəyə şərab ixracı bərpa edilib

2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycan 3,9 milyon ABŞ dolları dəyərində 48,45 min dekalitr üzüm şərabı idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 30 %, kəmiyyət olaraq – 29 % çoxdur.

İtaliyadan 1,8 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 34 % çoxdur) 19,5 min dekalitr (+38 %), Fransadan 989 min ABŞ dolları dəyərində (+17 %) 4,9 min dekalitr (-21 %), Gürcüstandan 445 min ABŞ dolları dəyərində (-8,6 %) 12,3 min dekalitr (-5,8 %), Rusiyadan 218,9 min ABŞ dolları dəyərində 5 min dekalitr (1 il 5 aydan sonra bərpa edilib), İspaniyadan 64 min ABŞ dolları dəyərində (+10,5 %) 0,9 min dekalitr (+40,3 %) məhsul alınıb.

Hesabat dövründə Azərbaycan xaricə 4,6 milyon ABŞ dolları dəyərində (+39 %) 259,8 min (+17,2 %) dekalitr üzüm şərabı satıb.

Rusiyaya 3,8 milyon ABŞ dolları dəyərində (+66,3 %) 232,9 min dekalitr (+24 %), təyin olunmayan ölkəyə (Rüsumsuz Ticarət Mağazasından alınıb) 217 min ABŞ dolları dəyərində (+2,4 dəfə) 2,3 min dekalitr (+2,1 dəfə), Belarusa 163 min ABŞ dolları dəyərində (-10 %) 7,2 min dekalitr (-5 %), Rumıniyaya 52 min ABŞ dolları dəyərində 2,2 min dekalitr (ilk dəfə ixrac olunub), Estoniyaya 48 min ABŞ dolları dəyərində 1,2 min dekalitr (bir il əvvəl tədarük olmayıb) məhsul göndərilib.

Üç il 9 ayın tamamında İsveçrəyə, 3 il 1 aylıq aradan sonra Litvaya, 1 il 11 aylıq fasilənin ardından Norveçə, 1 il 10 aydan sonra İsrailə və 1 il 3 ayın tamamında Almaniyaya tədarük bərpa edilib.

Həmin ölkələrə müvafiq olaraq 0,2 min ABŞ dolları dəyərində 0,01 min dekalitr, 0,01 min ABŞ dolları dəyəridə 0,01 min dekalitr, 23 min ABŞ dolları dəyərində 0,4 min dekalitr, 0,3 min ABŞ dolları dəyərində 0,01 min dekalitr, 14 min ABŞ dolları dəyərində 1 min dekalitr şərab ixrac edilib.