Azərbaycandan 4 ölkəyə peçenye ixracı bərpa edilib

Biznes
  • 23 dekabr, 2022
  • 13:20
Azərbaycandan 4 ölkəyə peçenye ixracı bərpa edilib

2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana xaricdən 26,686 milyon ABŞ dolları dəyərində 13 min 677 ton şirin quru peçenye gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 19 %, kəmiyyət olaraq – 15 % çoxdur.

Türkiyədən 10,682 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 45,3 % çoxdur) 3 min 777 ton (+22 %), Rusiyadan 6,45 milyon ABŞ dolları dəyərində (+8,8 %) 2 min 798 ton (-5,5 %), İrandan 4,498 milyon ABŞ dolları dəyərində (+63 %) 5 min 552 ton (+64 %), Ukraynadan 1,592 milyon ABŞ dolları dəyərində (-49 %) 624,58 ton (-58 %), Qazaxıstandan 1,217 min ABŞ dolları dəyərində (-26 %) 380,17 ton (-35 %) məhsul alınıb.

Hesabat dövründə Azərbaycan 635,93 min ABŞ dolları dəyərində (+2,8 dəfə) 449 ton (+2,2 dəfə) peçenye ixrac edib.

Gürcüstana 285,1 min ABŞ dolları dəyərində (+3,4 dəfə) 244 ton (+2,9 dəfə), Qazaxıstana 110,66 min ABŞ dolları dəyərində (+370 dəfə) 34,36 ton (+233 dəfə), Qırğızıstana 34,5 min ABŞ dolları dəyərində 31 ton (bir il əvvəl tədarük olmayıb), Türkiyəyə 34,26 min ABŞ dolları dəyərində 16,5 ton, İraqa 33,32 min ABŞ dolları dəyərində 25,69 ton məhsul satılıb.

Üç il 2 aylıq fasilədən sonra Yəmənə, 2 il 7 ayın tamamında İsrailə, 1 il 8 aylıq fasilənin ardından İraqa, 1 illik aradan sonra Türkiyəyə tədarük bərpa edilib. Azərbaycandan Yəmənə 10,8 min ABŞ dolları dəyərində 3,24 ton və İsrailə 4,89 min ABŞ dolları dəyərində 3,91 ton peçenye göndərilib.

44 - Tezliklə