Azərbaycandan 3 ölkəyə vafli tədarükü bərpa edilib

Biznes
  • 28 fevral, 2023
  • 13:25
Azərbaycandan 3 ölkəyə vafli tədarükü bərpa edilib

Ötən il ərzində Azərbaycan xaricdən 14,12 milyon ABŞ dolları dəyərində 4 min 714 ton vafli və vafli həbləri alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci ilin göstəricisi ilə müqayisədə dəyər ifadəsində 23,3 % çoxdur, kəmiyyət olaraq – 1,4 % azdır.

Rusiyadan 5,857 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3,2 % çoxdur) 2 min 448 ton (-14 %), Türkiyədən 4,48 milyon ABŞ dolları dəyərində (+47 %) 1 min 96 ton (+20,3 %), Bolqarıstandan 1,244 milyon ABŞ dolları dəyərində (+25 %) 351 ton (+13 %), Almaniyadan 791,2 min ABŞ dolları dəyərində (+12 dəfə) 174 ton (+22 dəfə), Ukraynadan 613 min ABŞ dolları dəyərində (+2,5 %) 218,44 ton (-25 %) məhsul gətirilib.

Hesabat dövründə Azərbaycandan xarici ölkələrə 2,81 milyon ABŞ dolları dəyərində (+58,4 %) 1 min 324 ton (+16 %) vafli göndərilib.

Azərbaycan Gürcüstana 1,238 milyon ABŞ dolları dəyərində (+42 %) 667 ton (+4,5 %), Yəmənə 925 min ABŞ dolları dəyərində (+37,2 %) 357,24 ton (-0,2 %), İraqa 206,1 min ABŞ dolları dəyərində 79,18 ton, Özbəkistana 79,37 min ABŞ dolları dəyərində (+20 dəfə) 43,52 ton (+15 dəfə), İrana 57 min ABŞ dolları dəyərində (+78 %) 27,37 ton (+29 %) məhsul satıb.

Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Fələstinə (46,23 min ABŞ dolları dəyərində 17,87 ton), İsrailə (49,87 min ABŞ dolları dəyərində 24,2 ton), Qətərə (0,31 min ABŞ dolları dəyərində 0,1 ton), Moldovaya (28,4 min ABŞ dolları dəyərində 15 ton) və Polşaya (1,65 min ABŞ dolları dəyərində 0,88 ton) ixrac həyata keçirilib.

Üç il 3 ayın tamamında Belarusa (0,14 min ABŞ dolları dəyərində 0,05 ton), 2 il 4 aydan sonra Rusiyaya (8,23 min ABŞ dolları dəyərində 3,42 ton) və 1 illik fasilənin ardından İraqa tədarük bərpa edilib.

44 - Tezliklə