Azərbaycandan 3 ölkəyə vafli ixracı bərpa edilib
- 06 dekabr, 2022
- 05:55
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin ilk 9 ayında Azərbaycan xaricdən 8,578 milyon ABŞ dolları dəyərində 3 min ton vafli və vafli həbləri alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 6,2 % çoxdur, kəmiyyət olaraq – 12,8 % azdır.
Rusiyadan 4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,1 % çoxdur) 1 min 698 ton (-17,5 %), Türkiyədən 2,692 milyon ABŞ dolları dəyərində (+33,1 %) 688,59 ton (+15,2 %), Bolqarıstandan 688,59 min ABŞ dolları dəyərində (-6 %) 203,33 ton (-9,8 %), İrandan 389,47 min ABŞ dolları dəyərində (-18,4 %) 216,59 ton (-20 %), Ukraynadan 296,58 min ABŞ dolları dəyərində (-34,7 %) 108,71 ton (-52 %) məhsul gətirilib.
Hesabat dövründə Azərbaycandan 2,142 milyon ABŞ dolları dəyərində (+92 %) 997,4 ton (+33,6 %) vafli göndərilib.
Yəmənə 925 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,9 dəfə çoxdur) 357,24 ton (+2,1 dəfə), Gürcüstana 780,38 min ABŞ dolları dəyərində (+23,4 %) 444,19 ton (-4,5 %), İraqa 206,1 min ABŞ dolları dəyərində 79,18 ton, Fələstinə 38,39 min ABŞ dolları dəyərində 18,79 ton, İrana 38,39 min ABŞ dolları dəyərində (+40,7 %) 18,79 ton (+6,2 %) məhsul satılıb.
Bir illik fasilənin ardından İraqa ixrac bərpa edilib. Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Fələstin, Moldova və Polşaya tədarük həyata keçirilib. Moldovaya 28,39 min ABŞ dolları dəyərində 15,1 ton, Polşaya 1,65 min ABŞ dolları dəyərində 0,88 ton vafli ixrac edilib.