Azərbaycandan 3 ölkəyə şərab ixracı bərpa edilib

Biznes
  • 21 dekabr, 2022
  • 05:40
Azərbaycandan 3 ölkəyə şərab ixracı bərpa edilib

2022-ci ilin ilk 10 ayı ərzində Azərbaycan 3,1 milyon ABŞ dolları dəyərində 38,17 min dekalitr üzüm şərabı idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 6 %, kəmiyyət olaraq – 5,8 % çoxdur.

İtaliyadan 1,432 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 11 % çoxdur) 16,47 min dekalitr (+20 %), Fransadan 808,39 min ABŞ dolları dəyərində (-3,3 %) 4,5 min dekalitr (-26,4 %), Gürcüstandan 351,53 min ABŞ dolları dəyərində (-27,4 %) 9,51 min dekalitr (-26,8 %), Rusiyadan 74,44 min ABŞ dolları dəyərində 1,92 min dekalitr (1 il 5 aydan sonra bərpa edilib), İspaniyadan 60,81 min ABŞ dolları dəyərində (+4,2 %) 0,86 min dekalitr (+28,4 %) məhsul alınıb.

Hesabat dövründə Azərbaycan xaricə 3,839 milyon ABŞ dolları dəyərində (+28,4 %) 216,27 min (+18 %) dekalitr üzüm şərabı satıb.

Rusiyaya 3,167 milyon ABŞ dolları dəyərində (+51,4 %) 192,76 min dekalitr (+22,2 %), təyin olunmayan ölkəyə (Rüsumsuz Ticarət Mağazasından alınıb) 193,19 min ABŞ dolları dəyərində (+2,6 dəfə) 2,09 min dekalitr (+2,2 dəfə), Belarusa 131,12 min ABŞ dolları dəyərində (-11,5 %) 5,76 min dekalitr (-8 %), Rumıniyaya 52,33 min ABŞ dolları dəyərində 2,18 min dekalitr (ilk dəfə ixrac olunub), Yaponiyaya 43,78 min ABŞ dolları dəyərində (-70,7 %) 1,17 min dekalitr (-26 %) məhsul göndərilib.

Üç il 9 ayın tamamında İsveçrəyə, 1 il 10 aylıq fasilənin ardından İsrailə, 1 il 3 aylıq aradan sonra Almaniyaya tədarük bərpa edilib. Həmin ölkələrə müvafiq olaraq 0,18 min ABŞ dolları dəyərində 0,01 min dekalitr, 0,29 min ABŞ dolları dəyərində 0,01 min dekalitr, 13,6 min ABŞ dolları dəyərində 1,02 min dekalitr şərab ixrac edilib.