Azərbaycandakı ASC-lərdən biri MMC-yə çevrilib

Biznes
  • 15 mart, 2017
  • 05:54
Azərbaycandakı ASC-lərdən biri MMC-yə çevrilib

Bakı. 15 mart. REPORT.AZ/ “Təbəssüm” ASC yenidən təşkil olunaraq “Təbəssüm-2017” MMC-yə çevrildiyini elan edib.

Bu barədə “Report” Vergilər Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bununla əlaqədar müəssisə dövriyyədən hər birinin nominal dəyəri 2 manat olan 5 991 ədəd səhmini çıxarıb.

Xatırladaq ki, “Təbəssüm” ASC 1998-ci ildə yaradılıb.