Azərbaycanda TOP-10 dövlət şirkətinin qeyri-neft ixracının dəyəri 3 %-dən çox artıb

Biznes
  • 29 sentyabr, 2026
  • 20:25
Azərbaycanda TOP-10 dövlət şirkətinin qeyri-neft ixracının dəyəri 3 %-dən çox artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 10 dövlət şirkətinin ixrac etdiyi qeyri-neft məhsullarının ümumi dəyəri 758,4 milyon ABŞ dolları təşkil edib ki, bu da 2025-ci ilin analoji dövrünün göstəricisindən 24,29 milyon ABŞ dolları və ya 3,3 % çoxdur.

"Report" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, qeyri-neft sektorunda ixrac əməliyyatlarında iştirak edən dövlət şirkətlərinin siyahısına 27,33 % payla SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edib.

İxracın həcminə görə dövlət şirkətlərinin reytinqi:

Şirkət

2026-cı ilin 8 ayında ixracın həcmi (milyon ABŞ dolları)

2025-cı ilin 8 ayında ixracın həcmi (milyon ABŞ dolları)

Faiz fərqi

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi

207,3

272,3

-23,87%

"AzerGold" QSC

180,6

148

22,03%

"SOCAR Polymer" MMC

175,6

190,5

-7,82%

"Azəralüminium" MMC

130,8

82,9

57,78%

"Azərpambıq ASK" MMC

45,9

26

76,54%

"AzərEnerji" ATSC

8,3

5

66%

"Azərbaycan Hava Yolları" QSC

8,2

9,3

-11,83%

"Naxçıvan Enerji" MMC

0,9

0

-

"SOCAR CAPE" MMC

0,5

0,01

50 dəfə

"Azəripək" ASC

0,3

0,1

3 dəfə

Qeyd edək ki, hesabat dövründə Azərbaycanın qeyri-neft-qaz ixracı dəyər ifadəsində ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 % artaraq 2,81 milyard ABŞ dollarına çatıb.