Azərbaycanda stasionar nəqletmə vasitələri ilə daşımaların həcmi 13 % azalıb

Biznes
  • 25 iyun, 2024
  • 07:05
Azərbaycanda stasionar nəqletmə vasitələri ilə daşımaların həcmi 13 % azalıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda stasionar nəqletmə vasitələri ilə 9 milyard 826 milyon 593 min ABŞ dolları dəyərində 17 milyon 410 min 946 ton məhsul daşınıb.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin eyni dövrü ilə müqayisədə daşımaların dəyəri 51,5 %, həcmi isə 12,9 % azalıb.

O cümlədən, ötən beş ay ərzində stasionar nəqletmə vasitələri ilə 9 milyard 779 milyon 545 min ABŞ dolları dəyərində 17 milyon 209 min 55 ton məhsul ixrac olunub, 47 milyon 47 min ABŞ dolları dəyərində 201 min 891 ton məhsul idxal olunub.

Yanvar-may aylarında ixrac olunan məhsulların dəyəri 49,9 %, həcmi 8,7 % azalıb, idxal olunan məhsulların dəyəri isə 4,9 dəfə, həcmi 4,6 dəfə azalıb.

44 - Tezliklə