Azərbaycanda stasionar nəqletmə vasitələri ilə daşımaların həcmi 12 %-dən çox artıb

Biznes
  • 23 fevral, 2024
  • 09:12
Azərbaycanda stasionar nəqletmə vasitələri ilə daşımaların həcmi 12 %-dən çox artıb

Bu ilin yanvar ayında Azərbaycanda stasionar nəqletmə vasitələri ilə 1 milyard 656 milyon 17 min ABŞ dolları dəyərində 2 milyon 975 min 214 ton məhsul daşınıb.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin eyni dövrü ilə müqayisədə daşımaların dəyəri 0,5 % azalıb, həcmi isə 12,3 % artıb.

O cümlədən, ötən ay ərzində stasionar nəqletmə vasitələri ilə 1 milyard 631 milyon 567 min ABŞ dolları dəyərində 2 milyon 871 min 643 ton məhsul ixrac olunub, 24 milyon 450 min ABŞ dolları dəyərində 103 min 571 ton məhsul idxal olunub.

Yanvarda ixrac olunan məhsulların dəyəri 1,3 %, həcmi 17,9 % artıb, idxal olunan məhsulların dəyəri isə 2,2 dəfə, həcmi 2 dəfə azalıb.