Azərbaycanda şirkət rəhbərlərinin 88%-i manatın məzənnəsindən narahatdır

Biznes
  • 15 mart, 2018
  • 06:29
Azərbaycanda şirkət rəhbərlərinin 88%-i manatın məzənnəsindən narahatdır

Bakı. 15 mart. REPORT.AZ/ Azərbaycanda şirkət rəhbərlərinin (CEO) 88%-i milli valyutanın məzənnəsi ilə bağlı ehtimal edilən qeyri-sabitlikdən narahatdır. 

"Report" xəbər verir ki, bu "PwC Azerbaijan" audit şirkətinin keçirdiyi 2-ci illik CEO araşdırması zamanı bəlli olub. 

"PwC"nin aparıcı mütəxəssisi Vədad Rzalı isə deyib ki, CEO-ların bir çoxu vergi yükünün artmasından narahatlıq keçirir. 

"CEO-ların 83%-i kadr çatışmazlığını və biznesə inamın olmamasını risk potensialı kimi görür. Onların 75%-i isə istehlakçının davranışının və xərclərinin dəyişməsini real risk kimi görür", - deyə o, qeyd edib. 

"PWC Azerbaijan"ın rəhbəri Mövlan Paşayev isə bildirib ki, bu araşdırmanın nəticəsində əsəsən, bu il Azərbaycanda 1-2% iqtisadi artım gözlənilir. 

44 filmi