Azərbaycanda qablaşdırma sahəsinin idxaldan azad olunması müzakirə edilib

Biznes
  • 11 aprel, 2022
  • 12:00
Azərbaycanda qablaşdırma sahəsinin idxaldan azad olunması müzakirə edilib

İqtisadiyyat naziri Mikayıl Cabbarovun Qablaşdırma Sənayesi Assosiasiyasının üzvləri ilə görüşdə Azərbaycanda müasir standartlara cavab verən qablaşdırmanın təşkili, idxaldan asılılığın azaldılması məsələləri müzakirə edilib.

"Report" xəbər verir ki, bu barədə nazir "Twitter" hesabında yazıb.

"Görüşdə bu sahənin mövcud vəziyyətini dəyərləndirdik, müasir standartlara cavab verən qablaşdırmanın təşkili, idxaldan asılılığın azaldılması, sektora dövlət dəstəyinin gücləndirilməsi kimi prioritetlər barədə faydalı müzakirələr apardıq", - Mikayıl Cabbarov qeyd edib.