Azərbaycanda növbəti torpaq hərracları elan edilib

Biznes
  • 23 may, 2025
  • 17:34
Azərbaycanda növbəti torpaq hərracları elan edilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) iyunun 25-də növbəti dəfə torpaq hərracları keçirəcək.

"Report" bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, hərraclar ƏMDX-nın Şirvan, Ucar, Bərdə, Beylaqan, Cəlilabad və Şəki ərazi şöbələrində olacaq. Hərraclara müxtəlif bələdiyyə orqanlarına məxsus 25 torpaq sahəsi çıxarılacaq.

Hərraclar barədə ətraflı məlumatı buradanəldə etmək mümkündür.