Azərbaycanda mütəxəssisin peşəkarlığı sertifikatların sayına görə qiymətləndirilir
- 13 mart, 2026
- 12:12
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda bir çox hallarda mütəxəssisin peşəkarlığı sertifikatların sayına görə qiymətləndirilir.
"Report" xəbər verir ki, bunu bank mütəxəssisi Anar Qocayev Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Bakı Ali Neft Məktəbində keçirilən "Banklar forumu və sərgisi"ndə bildirib.
Onun sözlərinə görə, ölkədə geniş yayılmış yanaşmalardan biri odur ki, kimdə daha çox sertifikat varsa, həmin şəxs daha yaxşı mütəxəssis kimi qəbul edilir: "Lakin bu yanaşma hər zaman reallığı əks etdirmir. Qlobal təcrübədə əsas qiymətləndirilən məqam sertifikatların sayı deyil, insanın əldə etdiyi bilik və bacarıqları real iş mühitində necə tətbiq etməsidir".
A.Qocayev qeyd edib ki, sertifikatlar müəyyən mənada faydalı olsa da, peşəkar inkişaf üçün əsas amil praktiki bilik və təcrübədir: "Müasir əmək bazarında mütəxəssislərin analitik düşüncə, effektiv yanaşma və real problemləri həll etmək bacarıqları daha çox önəm kəsb edir".